a x t a r
ev səhifəsi et    |    favoritlərə əlavə et
 

ÇL-in favoritlərindən biri olan "Milan" Brüsseldə "Anderlext"i üstələməklə, qrupdan çıxma vəzifəsinin öhdəsindən demək olar ki, gəlmiş oldu. Yenə də hücumçuların susqunluğu diqqət çəkdi.





ÇL-də "Lion" fırtınası əsir desək, yanılmarıq. "Real" və "Styaua"nın ardınca cari mövsümdə antirekorda gedən "Dinamo" da fransızların məngənəsindən yaxasını qurtara bilmədi.





Ötən mövsüm ÇL-i biabirçılıqla qrup mərhələsindəcə tərk edən "M.Y."-nin bu dəfə də eyni taleyi yaşamayacağı dəqiqdir. Qırmızı şeytanlar keçirdikləri 3-cü görüşdə də qələbə qazanmaqla, maksimum nətricə ilə zirvədə lövbər salıblar.




 
Qısa xəbərlər

Sisinyo mövsümün sonunadək sıradan çıxıb. "Betis"lə matçda ayağını sındıran braziliyalı ən azı 9 ay yaşıl meydanlara həsrət qalacaq. Onu transfer etməyi hədəfləyən "Vest Hem"lə "Milan" bu istəklərindən ə çəkiblər. Madrid "Real"ı isə onun yerinə yanvarda futbolçu almağı planlaşdırır.
* * *

"İnter" də "Real " kimi tutduğundan əl çəkmir. Neradzurranın istədiyi "Yuventus"un qolkiperi Canluici Buffondur. Əvəzində Moratti qapıçı Françesko Toldo ilə müdafiəçi Nikolas Burdissonu əks marşrutla göndərməyə hazırdır.
* * *

Madrid "Real"ı Kakadan əl çəkən deyil. Dünən idman direktoru Predraq Miyatoviç Kakaya olan maraqlarının ölmədiyini və gələn yay futbolçunu "Santyaqo Bernabeu"ya gətirməyi hədəflədiklərini söyləyib.
* * *

"Sportinq"dən Ronaldu kimi istedadı transfer edən "M.Y." yenə də bu kluba boylanır. Özü də bu dəfə mankunianların hədəfi birdən-birə 4 futbolçudur. Bunlar "Sportinq"in gənc istedadları olan Joze Moutinyu, Nani, Migel Veloso və Calodurlar. Futbolçuların mümkün küçidini müzakirə etmək üçün həftəsonu Karluş Keyruş "Sportinq"in ikinci məşqçisi Pakoş de Ferreira ilə görüşəcək.
* * *

Türam, Zambrotta, Qudyonssen kimi futbolçuları transfer etmiş "Barselona" köhnə qvardiyanı da unutmur. Dünən klub Covanni van Bronhorst və Silvinyo ilə müqaviləsini 2008-ci ilə qədər uzadıb.
* * *

Kamoranezi fikrini dəyişib. Deyəsən, "Viçentsa" və "Krotone" üzərində qazanılan qələbələr futbolçunu Turini tərk etməməyə inandırıb. "Tuttosport"a müsahibə verən Mauro yanvarda heç yerə getməyəcəyini açıqlayıb.
* * *

Deyəsən, Moratti nəyi necə edəcəyi ilə bağlı dolaşığa düşüb. İndi də prezident Toldonun əvəzinə Buffonu transfer etmək niyyətindədir. Yayda "Milan"a keçmək ehtimalının yüksək olmasına baxmayaraq, Cici Turində qalmağa üstünlük vermişdi. Morrati isə "Milan"ın bacarmadığını yanvarda etmək istəyir
* * *

Arsen Venger "Arsenal" fanatlarına Anti-Koul mahnılara son qoymağı tövsiyyə edib:

"Koul getdi və bununla hər şey bitdi. İstəmirəm ki, stadionda ədəbsiz sözlərin yer aldığı mahnılar oxunsun. Biz özümüzə hərmət etməliyik. "
* * *

"Vest Hem" təəccüblənirməkdə davam edir. Hər halda ən azı buna cəhd edir. Dünən UEFA kubokunda evində "Palermo"ya məğlub olmasına baxmayaraq, çəkicdöyənlərin baş məşqçisi Alan Pedryunun iştahı azalmayıb:

"Yanvarda əsas məqsədimiz Sisinyonu Madrid "Real"ından transfer etmək olacaq. Sisinyo parlaq gələcəyimizin ilkin ulduzlarından olacaq."
* * *

BBC-nin məlumatına görə "Çelsi"nin qaradərili forvardı Didye Droqba Vilyam Qallasın transferini itki kimi dəyərləndirir:

"Qallas dünyanın ən güclü mərkəz müdafiəçilərindən biridir. Belə futbolçunu satmaq fikrimcə, səhv addımdır. Özü də əsas rəqiblərimizdən birinə."
Xatırladaq ki, fransız arxa xətt oyunçusu "Çelsi"nin ən qatı düşmənlərindən olan "Arsenal"a transfer olunub.
* * *



 
 
  XV milli çempionatın qalibi kimi hansı komandanı görürsünüz?
all rights reserved Futbol-az.com 2004             design by metheart.com